"İsrailin ekspansionizmi regionda bir nömrəli təhdiddir".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Xarici İşlər naziri Hakan Fidan İran XİN başçısı Abbas Arakçi ilə keçirdiyi mətbuat konfransında deyib. 

O bildirib ki, bölgədəki bütün münqaişə ocaqlarının artıq sülhlə nəticələnməsi üçün böyük səylər göstərirlər.

Nazir daha sonra İranla münasibətlərə önəm verdiklərini vurğulayıb: "İki ölkə olaraq, ticarət əlaqəri, xüsusilə nəqliyyat və logistika sahəsində bir qədər geridə qalmışıq. Bu istiqamətdə güclü addımlar atmalıyıq. Sərhəd qapılarının sayını artırmalıyıq. Onları daha effektli hala gətirəliyik. İran və Türkiyənin əhalisi çox, iqtisadiyyatı çoxşaxəlidir. Bu iki cəmiyyət çox yaxındır. Hər il milyonlarla insan İran və Türkiyə arasında səyahət edir. Bu prosesi daha sistemli hala gətirmək üçün konkret layihələr həyata keçirməliyik".

Həmkarının yaxın gələcəkdə Vanda İran Baş Konsulluğunun açılması ilə bağlı dediklərinə də şərh verən gəldikdə isə, Hakan Fidan bildirib ki, Vanda baş konsulluğun açılmasını səbirsizliklə gözləyirlər: "Hhəmkarıma söz vermişəm, Vana gəlsə, mən də ora gedəcəyəm. Birlikdə açılışı edəcəyik".

Fidan Prezident Rəcəb Tayyib Ərdoğanın Tehrana səfərinin də planlandığını deyib: "Bu səfər Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının (HLCC) İranda keçiriləcək 9-cu iclası ilə bağlı olacaq".

Tahir Şəlvəli
Mia.az