Misli Premyer liqasının 13-cü turunun ən intriqalı oyunu hazırda Tovuz rayonunda keçirilib.

Mia.az xəbər verir ki, rayonun "Turan-Tovuz" Futbol Klubu (FK) "Neftçi" FK-nı qəbul edib.

Həmişəki kimi rayon klubunun ev oyunu böyük hərarət və coşğu ilə müşayiət olunub.

Yeri gəlmişkən, stadion təzəlikcə yenilənib və süni ot örtüyü təbii ot örtüyü ilə əvəz edilib. 

Oyun hər iki tərəfin pressinqi ilə keçir. Hazırda rayonda güclü duman var, stadion ağ örtüyə bürünüb. Qeyri-adi hava şəraiti oyunun tempinə heç təsir etmir.

Bu qarşılaşma hər iki komanda üçün prinsipial əhəmiyyətə malikdi. "Turan"ın turnir cədvəlində ləyaqətli ikinci yeri var, bu qələbə onu birinciliyə yüksəldir. "Neftçi"də isə sonuncu məğlubiyyətin psixoloji izləri qalıb, baş məşqçi təzəlikcə gedib, bu oyun komanda üçün həm geridönüş, həm də özünütəsdiq ola bilər. Hər iki komandanın qələbəyə ehtiyacı var, hər ikisi var gücüylə döyüşür və zənnimcə, bu ikilinin intriqasından hazırda stadionu yüksək hərarətə kökləyən azarkeşlər qazanır.

Yeri gəlmişkən, "Neftçi"ni bu oyun üçün müvəqqəti olaraq baş məşqçi təyin edilən Sənan Qurbanov hazırlayıb. S.Qurbanov illərlə "Neftçi"də məşqçi vəzifələrində çalışıb və bundan əvvəlki baş məşqçi Samir Abasov gələndə onu öz ətrafından uzaqlaşdırmışdı. Qurban Qurbanov sadəcə klubda koordinator kimi fəaliyyət göstərirdi. Belə demək olar ki, bu oyun həm də Qurbanovun vizit kartı olacaq. Təbii ki, əgər "Neftçi"nin sahibləri başqa baş məşqçi axtarışında deyilsə.

Maraqlıdı ki, Tovuz klubu Premyer liqada "Neftçi" ilə 13 dəfə üz-üzə gəlib. Bu oyunlarda rəqibin qapısından 11 top keçirib. 

O da diqqətimizi çəkdi ki, Sənan Qurbanov bu oyunda kapitanlıq sarğısını qapıçı Kenan Piriçin qoluna bağlayıb. Emin Mahmudovun həm də əsas heyətdə olmaması onu düşünməyə əsas verir ki, Qurbanov postunda qalsa, komandanı prinsipial dəyişiklər gözləyir. Görünür, S.Abasov kimi, S.Qurbanov da zənn edir ki, "Neftçi"nin əsas problemi qruplaşma və nüfuz dartışmasıdı və bunun mərkəzində Mahmudov dayanır. Yalnış anlaşılmasın, mən də bu fikrin həqiqət olduğu düşüncəsindən imtina etmirəm. E.Mahmudov sakit təbiətinə rəğmən, intriqalı atmosferlərə rahatlıqla uyğunlaşan futbolçudu.

Hələlik, ikinci hissə davam edir. "Neftçi"nin qapısı 2 qol görsə də, hakim qolları qeydə almayıb.

Tovuz klubunda güclü müdafiənin təsiri hiss olunur.

Oyun 0-0 hesabı ilə başa çatıb.

Zülfiyyə Mustafayeva 
Mia.az