"Zirə"nin 28 nömrəli oyunçusu Leroy Mikels bu gün "Kəpəz"lə oyunda ilk və maraqlı qolun müəllifi olub.
Mia.az xəbər verir ki, futbolçunun zərbəsi ayın ən yaxşı qolu iddiasına sahibdi.
Qeyd edək ki, Almaniya vətəndaşı olan Mikelslər 3 qardaşdır və üçü də Azərbaycan klublarında oynayır.
Digər 2 qardaş "Sabah" və "Karvan-Yevlax" klubunda çalışır.
Mia.az-ın əməkdaşı "Zirə"də sol cinah yarımmüdafiəçisi, bugünki qolun müəllifi olan Leroy Mikelsdən qardaşları ilə rəqib olaraq oyunlarda üz-üzə gəlmənin onda necə hisslər yaratdığını soruşub.
L.Mikels cavabında deyib ki, bütün qardaşların Azərbaycan klublarında təmsil olunması və bizim çempionatda oynamasına sevinir: "Bizim hazırda aramızda yalnız bir söhbət gedir ki, kim daha çox qol vuracaq".
Zülfiyyə Mustafayeva
Mia.az