Bu gün Yevlax şəhər stadionunda "Kəpəz"ə 0-2 hesablı qələbədən sonra "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransı  keçirib.

Baş məşçqi Mia.az-ın əməkdaşının sualına cavabında bildiribi ki, birinci hissədə onun komandasının oyunçuları yeni meydana alışması vaxt aparıb: "İkinci hissədə əvəzləmələrin oyunun canlanmasına təsiri oldu. Biz 5 əvəzləmə etdik və inanın ki, bu proses sistemli şəkildə həyata keçirilir, hansısa futbolçunun meydana çıxması ilə əlaqəli deyil bu qələbə".

Zülfiyyə Mustafayeva 
Mia.az