Taylandın cənubuna baş verən təbii fəlakətdə ölənlərin sayı artıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Tayland hökumətinin sözçüsü Siripong Angkasakulkiat açıqlama verib.
O bildirib ki, ölkənin cənubunda yağan güclü yağışların yaratdığı daşqınlarda ölənlərin sayı 145-ə çatıb: "Təəssüf ki, səkkiz bölgədə baş verən daşqınlarda 145 nəfər ölüb. Ən çox öülm halı isə Songkhlada olub. Burada 100-dən çox insan həyatı ilə vidalaşıb."
Sözçü deyib ki, hazırda, daşqın sularının çəkilişi davam edir: "Təəssüf k, 1,2 milyondan çox ev daşqınlarda zərər çəkib"
Tahir Şəlvəli
MİA.AZ