ABŞ-ın hər an hücum edəcəyi gözlənilən Venesuela ilə bağlı gərginlik pik həddə yetişib.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, dünən ölkənin döyüş təyyarələrinə ABŞ-ın hücumuna hazırlıqla bağlı göstəriş verən Venesuela prezidenti Nikolas Maduro ilə bağlı Amerikanın, o cümlədən dünyanın məşhur qəzeti - "Washington Post" sensasion təhlil yazısı dərc edib.
Məlumata görə, təhlil yazısında ABŞ-ın Maduronu nəyin bahasına olursa olsun devirəcəyi vurğulanıb və hətta devirilmə prosesində onun hansı ölkəyə sürgünə göndəriləcəyi belə qeyd olunub.
"Washington Post" qəzeti iddia edib ki, Vaşinqton Venesuela prezidenti Nikolas Maduronu devrilmə prosesində öldürmək isəmir: "ABŞ ona Türkiyəyə qaçmağa, Ərdoğana sığınmağa çığır açaçaq. Beləliklə, Maduro çox güvəndiyi Ərdoğana - Türkiyəyə qaça və orada sürgün həyatı yaşaya bilər. Plan budur!"
Yazıda adı açıqlanmayan ABŞ rəsmisinin fikirinə də yer verilib: "Maduro Türkiyəyə sığınarsa, ABŞ onun geri alınması üçünhər hansı bir tələb irəli sürməyəcək.Türkiyə onun üçün mükəmməl yerdir. Maduro Ərdoğana etibar edir və Ərdoğanın Trampla yaxşı münasibətləri var. Hazırda bu plan üzərində iş gedir".
Firudin Səfərli
MİA.AZ