Türkiyənin paytaxtı Ankarada kütləvi zəhərlənmə olub.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, Ankaranın Etimesgut, Sincan və Yenimahalle rayonlarında 153 işçi yedikləri dönərdən zəhərlənib.
Məlumata görə, bir tikinti şirkəti inşaa etdiyi üçn ayrı-ayrı binalarda işləyən işçilər üçün bir şirkətdən dönər sifarişi verib: "Dönəri yeyən işçilərədn 153 nəfəri az sonra ürəkbulanması və digər pozuntularla bağlı təcili yardıma müraciət ediblər. Bəzi işçilər isə öz imkanları ilə xəstəxanalara üz tutublar. Zəhərlənən 153 nəfərdən səkkizi xəstəxanadan evə buraxılıb, 142 nəfər təcili yardım şöbəsində, dördü isə reanimasiyadadır".
Məlumata əsasən, faktla bağlı dönər sifariş olunmuş şirkətin 4 əməkdaşı saxlanılıb.
Samir Musayev
MİA.AZ