UEFA Avropa Liqasının 5-ci turunda "Fənərbağça" Macarıstanın "Ferensvaroş" komandası ilə qarşılaşıb.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, oyun 1-1 hesablı heç-heçə ilə bitib.
İlk hissəsi qolsuz başa çatan oyunun 66-cı dəqiqədə macarlar hesabı açıb. Bu qoldan 3 dəqiqə sonra Taliska hesaba tarazlıq gətirib - 1:1.
90+1-ci dəqiqədə "Fənərbağça"lı Con Duran isə qırmızı vərəqə ilə meydandan qovulub.
Bu nəticə ilə istanbul koamnası xalını 8-ə çatdırıb.
Fərid ASLAN
MİA.AZ