Avropa Məhkəməsinin qərarı ilə azadlığa çıxması gözlənilən keçmiş HDP-nin həmsədri Səlahəddin Dəmirtaşa yeni həbs tələbi var.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə İstanbul məhkəməsində keçirilən prosesdə prokuror tələb qaldırıb.
Məlumata görə, prokuror Səlahəddin Dəmirtaşın "Prezidentə təhqir" ittihamı ilə məhkəmədən həbsini istəyib. Dəmirtaşın iştirak etmədiyi iclasda vəkili isə müdafiə çıxışı üçün vaxt istəyib: "Hakim prosesi 6 yanvar tarixinə qədər təxirə salıb".
Xatırladaq ki, Dəmirtaş vaxtilə Mersin və Diyarbəkirdəki çıxışları ilə bağlı iki iş üzrə mühakimə olunur. O, həmin çıxışlarında prezident Ərdoğanı təhqir etməkdə ittiham olunub.
Firudin Səfərli
MİA.AZ