Azərbaycan Xarici İşlər Nazirliyi Honq-Konqun Tay Po bölgəsində yaşayış kompleksində baş verən yanğınla bağlı Çinə başsağlığı verib.

Mia.az xəbər verir ki, başsağlığında deyilir: "Çoxlu sayda insanın ölümünə və yanıq xəsarətləri almalarına səbəb olan faciəvi yanğın bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə və yaxınlarına səmimi başsağlığımızı bildirir, xəsarət alanlara tezliklə şəfa diləyirik. Bu çətin dövrdə düşüncələrimiz Honq-Konq əhalisi ilədir".