İstanbula güclü yağış yağacaq.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul Valiliyi xəbərdarlıq yayıb.
Bildirilib ki, sabahdan etibarən bütün şəhərə güclü yağış yağaacq, bəzi ərazilərdə yağış sel və daşqınlara səbəb olacaq: "29 noyabrda bəzi yerlərdə, xüsusən də Avropa tərəfində güclü olacağı gözlənilir. Yağışlı hava şəraiti 1 dekabr günü axşamadək davam edəəck. Bəzi ərazilərdə daşqınlar, subasmalar, ildırım çaxması və sair kimi təhlükəli hallar gözlənilir. Tədbirli olun!"
Samir Musayev
MİA.AZ