"Cəmiyyətdə gərginlik yaratmağa ehtiyac yoxdur".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri "Qalatasaray"ın rəhbəri Dursun Özbək klubla "Füzul" şirkəti arasında əlil arabası basketbol komandası üçün əsas sponsorluq müqaviləsinin imzalanma mərasimində Dursun Özbək deyib.
O, dekabrın 1-də oynanılacaq "Fənərbağça" derbisinə toxunaraq bildirib ki, bu, Türkiyədə və bütün dünyada böyük maraqla izləniləcək atç olacaq: "Bu derbinin bizə və ölkəmizə layiq olmasını istəyirəm. Matçın zədəsiz və dostcasına keçməsini istəyirəm. Ümid edirəm ki, hakim bu xaoslu günlərdə mübahisələrə səbəb olmayacaq şəkildə hakimlik edəcək. Hakim səhvləri bütün dünyada baş verir. Son "Union Saint-Gilloise" matçında da böyük bir hakim səhvi ilə qarşılaşdıq. Ümid edirəm ki, cəmiyyət tərəfindən qəbul ediləcək səhvləri mümkün qədər az görəcəyik. Həm VAR, həm də hakimlərin lazımi diqqəti göstərmələrini istəyirəm. İnanıram ki, dünyaya əla matç göstərəcəyik. Əla bir derbi olacaq."
Fərid ASLAN
MİA.AZ