Türkiyə Xarici işlər naziri Hakan Fidan sabah Almaniyaya səfər edəcək.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Berlində türk icmasının nümayəndələri və iş adamları ilə görüşəcək.
Məlumata görə, Fidan Almaniya xarici işlər naziri Yohann Vadefulun dəvəti ilə edəcəyi səfərdə ikitərəfli münasibətlər, o cümlədən ölkəsinin Avropa İttifaqına üzvlüyü məsləsini müzakirə edəcək.
Firudin Səfərli
MİA.AZ