UEFA Çempionlar Liqasının 5-ci turunda "Qalatasaray"ın növbəti rəqibi olan "Monako" son dəqiqədə vurulannn qolla xal itirib.

Mia.az xəbər verir ki, Fransa komandası səfərdə Polşanın "Pafos" komandası ilə üz-üzə gəlib.

Oyun 2-2 hesablı heç-heçə ilə başa çatıb.

"Pafos"un qollarını 18-ci dəqiqədə David Luiz və 88-ci dəqiqədə İvan Sunjiç vurub. "Monako"nun qollarını isə 5-ci dəqiqədə Takumi Minamino və 26-cı dəqiqədə Folarin Balogun imza atıb.

Bu nəticə ilə hər iki komanda xalını 6-ya çatdırıb. "Pafos" Çempionlar Liqasının növbəti oyun günündə "Yuventus"u, "Monako" isə evdə "Qalatasaray"ı qəbul edəcək.

Fərid ASLAN

MİA.AZ