Məşhur idman şərhçisi Sinan Engin dekabrın 1-də oynanılacaq "Fənərbağça" - "Qalatasaray" derbisi haqqında maraqlı proqnoz verib.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, "Fənərbağça"nın bu oyunda qalib gələ bilmədiyi halda, motivasiyasının bitəcəyini iddia edib.
Sinan Engin bildirib ki, "Fənərbağça" çox saylı zədə və cəzalı oyunçulara görə bir daha belə bir zəif "Qalatasaray"la heç vaxt üz-üzə gəlməyəcəyini bilir: "Əgər heç olmadığı qədər zəif "Qalatasaray"a uduzarlarsa, "Fənərbağça"da bayraqlar yarıya endiriləcək və belə demək mümkünsə, matəm olacaq".
Fərid ASLAN
MİA.AZ