MHP lideri Dövlət Baxçalının Əkrəm İmamoğlunun saxlandığı Silivri ilə PKK terorrçusu Abdullah Öcalanın ömürlük cəza çəkdiyi İmralıya getmək arasında heç bir fərqin olmamasını deməsi ölkədə böyük rezonas doğurub.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, MHP sədri Dövlət Baxçalı "Silivri ilə İmralıya getmək arasında heç bir fərq yoxdur", - sözlərinə etiraz edənlərdən biri də hazırda həbsdə olan Əkrəm İmamoğlunun n həyat yoldaşı Dilek İmamoğlu olub.

Dilək İmamoğlu MHP liderinin bu sözlərinə heyrətləndiyini deyib: "Bu yaxınlarda siyasi liderlərimizdən biri Silivri ilə İmralıya getmək arasında heç bir fərq olmadığını bildirən bir açıqlama verdi. Bu ölkədə yaşayan bir vətəndaş və Əkrəm İmamoğlunun həyat yoldaşı olaraq, bu sözləri eşidəndə inana bilmədim. Onları anlamaqda çətinlik çəkdim. Dərindən kədərləndim. Düzü, ondan belə açıqlama da gözləmirdim. Çünki bu, təkcə bizim ailəni deyil, cəmiyyətimizi, həm də ölkəm üçün dərin kədər yaratdı. Açığı, bu səbəbdəm o açqılamanı təkrar-təkrar oxudum, başa düşə bilmədim, şoka düşdüm. Bu sözlərə inanmaq istəmədim. Səkkiz aydır yaşadığımız ədalətsiz və qanunsuz prosesdən sonra, dözdüyümüz bütün böhtanlardan sonra bu, mənim və ailəmə inanılmaz dərəcədə ağır gəldi".

Samir MUSAYEV
MİA.AZ