İsrail ordusu işğal altında olan İordan çayının Qərb Sahilində əməliyyatı davam etdirir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, əməliyyatla Tubas şəhərində 32 fələstinlini saxlanılıb.
Məlumatda o da deyilir ki, əməliyyat zamanı hərbçilərə dirənən 10 nəfər güllələnərək yaralanıb, onlarla ailə evlərini tərk etməyə məcbur olunub.
Fələstin Qızıl Aypara Cəmiyyətindən bildirilib ki, yaralılardan 4-nün durumu ağırdır.
Tahir Şəlvəli
MİA.AZ