Xarici işlər naziri Ceyhun Bayramov Vatikana rəsmi səfəri çərçivəsində Roma Papası XIV Leo ilə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə onun özü sosial media hesabında yazıb.

Nazir bildirib ki, Azərbaycan və Müqəddəs Taxt-tac arasında dinlərarası dialoqun və multikulturalizmin təşviqi üçün vacib olan güclü münasibətlər mövcuddur: "Papa XIV Leo ilə ümumi audensiyada iştirak etdim və onunla görüşməkdən şərəf duydum. Azərbaycanın dövlət siyasətinin təməl daşını təşkil edən dinlərarası dialoq üçün iki ölkə arasındakı münasibətlər nümunə rolunu oynayır".