İranın 18 əyalətində məktəblilər tətilə buraxılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb hava çirkliliyi - toz-duman və qrip pandemiyasının sürətlə yayılmasıdır.
Məlumata görə, bu üzdən Tehran, Əl-Borz, Qum, Qərbi və Şərqi Azərbaycan, Mərkəzi, Qəzvin, Semnan, İsfahan, Həmədan, Geylan, Yəzd, Kirman, Sistan-Bəlucistan, Cənubi və Şimali Xorasan, Xorasan ər-Rəzəvi və Zəncanda məktəblər qeyri-müəyyən müddətə bağlanıb: "Məktəblərdə tədrisin başlanma bvaxtı vəziyyətə uyğun olaraq veriləcək"
Tahir Şəlvəli
MİA.AZ