Mətbuat Şurasının İdarə Heyətinin yaxın günlərdəki iclasında Şuranın Dil Komissiyasının tərkibi formalaşdırılacaq.

Mia.az Şuraya istinadən xəbər verir ki, bu barədə məlumatı qurumun sədri Rəşad Məcid açıqlayıb.

O bildirib ki, Dil Komissiyasının işinə dilçi alimlərin və mütəxəssislərin cəlb edilməsi vacibdir: "Şuranın İdarə Heyəti üzvlərinin qarşıdakı iclasda mövcud istiqamətdə, ümumən Dil Komissiyasının fəaliyyətinin gücləndirilməsinə dair başqa səmərəli təkliflər səsləndirəcəklərinə əminəm".