Ötən il Britaniyada sosial xidmət qurumları tərəfindən idarə olunan uşaq evlərində təxmnən 2400-dən çox uşaq yoxa çıxıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin uşaq hüquqları ilə bağlı təşkilatların birgə hesabatında məlumat verilib.

Bildirilib ki, hazırda ölkədə bir çox uşaq evlərində sistemdəki boşluqdan qanaqlanan böyük problemlər var. Ki, bu da  həssas uşaqları cinayət və zorakılıq riski ilə üz-üzə qoyub: "Nəticədə uşaqlar ya insan alverinə məruz qalır, ya da cinayətlərə qurban gedirlər. Təəssüf ki, bu tendensiya Böyük Britaniyadakı sığınacaqlarda artan xətlə davam edir".

Məlumatda o da bildirilir ki, "The Independent" qəzeti və "Missing People" xeyriyyə təşkilatının birgə səyləri ilə hər il "SafeCall" ianə toplama kampaniyası şərçivəsində azı 70.000 uşağa dəstək verilir: "Lakin həmin uşaqların mühafizəsi, təhlükəsizliyi sual altındadır".

Xatırladaq ki, hesabat uşaq hüquqları təşkilatları olan ECPAT UK və "Missing People" tərəfindən hazırlanıb. Və sonda hökumətə təkliflər verilib.

Firudin Səfərli
MİA.AZ