"Qalatasaray"ın baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasında "Union Saint-Gilloise"ə 1-0 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, komandadakı zədələr və səhvləri nəticəsində bu oyundan məğlub ayrıldıqlarını deyib.

Baş məşqçi "Hakimin qərarları haqqında nə deyə bilərsiniz?" sualını isə belə cavablandırıb: "Hər şeydə hakimləri günahlandırmamalıyıq. Səhvlərimizi də etiraf etməliyik. Matç zamanı səhvlər etdik. Çox mübarizə apardıq. İsmael Yakobsun zədəsi də oyunumuzu pozdu. Rəqib də yaxşı müdafiə olundu. Lakin şanslarımız var idi".

Okan Buruk zədəli oyunçular Mario Lemina və Viktor Osimhenin isə "Fənərbağça" ilə derbidə oynama şanslarının yüksək olduğunu bildirib.

Fərid
MİA.AZ