Bu gün "Qarabağ" Çempionlar Liqasının 5-ci turu çərçivəsində səfərdə İtalyanın "Napoli" komandası ilə qarşılaşıb.

Mia.az xəbər verir ki, saat 00.00-da başlayan matçın ilk hissəsində hesab açılmayıb.

55-ci dəqiqədə "Qarabağ"ın qapısına penalti təyin olunsa da, qapıçmız möhtəşəm sıçrayışla topun qapını keçməsinə imkan verməyib.

65-ci dəqiqədə isə italyanlar hesabı açıb - 1:0 

71-ci dəqiqədə isə "Napoli" ikinci qola imza atıb  - 2:0 

Oyun bu hesabla başa çatıb - 2:0

"Qarabağ" bu nəticədən sonra 7 xalla 16-cı, "Napoli" isə 7 xalla 18-ci yerdədir.

Xatrladaq ki, oyunu İTV canlı yaylmla verib. Mia.az saytı da kanala istinadla matçın canlı yayımlayıb.

Fərid ASLAN

MİA.AZ