Türkiyənin məşhur araşdırma mərkəzinin ölkədə növbəti sorğusu böyük maraqla qarşılanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ASAL Araşdırma Mərkəzi 2025-ci ilin noyabr ayı üzrə "Türkiyəni kim idarə etməlidir?" sualı ilə sorğu keçirib.
Respondentlərin 25,6%-i Rəcəb Tayyib Ərdoğanın adını çəkib: "16 faiz Mansur Yavaş, 12.4 faiz isə Əkrəm İmamoğlunu ölkənin prezidenti görmək istəyib".
Açıqlanan anketə görə, sorğuda iştirak edənlərin 5 faizi Səlahəddin Dəmirtaşı, 4.4 faizi isə Özgür Özeli dövlət başçsı kimi görmək istədiyini gizlətməyib.
Firudin Səfərli
MİA.AZ
