"Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardi Çempionlar Liqasında bu gün saat 21.45-də üz-üzə gələcəkləri "Union SG" ilə oyundan əvvəl açıqlamalar verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, TRT 1-də canlı yayımlanacaq matçdan qalib ayrılmaq üçün meydana çıxacaqlarını deyib.
İkardi bundan əvvəl 3 ardıcıl oyunda qalib gəldikərini xatırladıb və qələbə seriyasını davam etdirmək istədiklərini bildirib: "Bizim bir arzumuz, bir istəyimiz var. Qalib gəlmək istəyirik. Ardıcıl üç vacib oyun qazandıq. Bu gün daha bir qələbə qazanmaq istəyirik. Düzdür, zədəli oyunçularımız var, onlar bu səbəbdən heyətdən kənarda qalıb. Lakin digər oyunçular da hazır olacaq və əllərindən gələni edəcəklər."
Karyerası boyunca üzləşdiyi zədələrə baxmayaraq, həmişə oyuna xüsusi diqqət yetirdiyini vurğulayan İkardi daha sonra deyib: "Bilirəm ki, komandada vacib oyunçu, kapitanam. Əlbəttə ki, ciddi zədəm var idi. Ancaq məşqçimdən dayanmadım. Son 10 ildə zədə üzündən heç vaxt 100 faiz hazır olmamışam. "Qalatasaray"da həmişə zədələrimlə oynamışam. Hər il bu cür çətinliklərlə qarşılaşıram, amma oynamağa davam etdim. Hər məşqdə əlimdən gələni edirəm. Hər üç gündən bir matç oynayırıq. Bu, bir çox oyunçumuzun zədələnməsinin əsas səbəbidir. Mən peşəkar oyunçuyam. İşimi bacardığım qədər edirəm. Hər kəsin şəxsi həyatında problemləri var. Qızlarımdan uzaqda olmaq mənim üçün bəhanə deyil. Qızlarımı görmək üçün klubdan icazə aldım, çünki onları beş aydır görmürəm. İşimi görmək üçün maaş alıram. Texniki heyət və komanda yoldaşlarımla hər gün işləyirəm. Əlimdən gələni etməyə çalışıram. Mənim işim qol vurmaqdır və mən öz işimi görürəm. Mən sözümü ancaq meydanda qol atmaqla deyirəm. Bir sözlə, meydanda danışan mənəm"
Fərid ASLAN
MİA.AZ