Türkiyə 1-ci liqasında çıxış edən "Çorum FK"da yeni baş məşqçi təyinatı olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Çağdaş Çavuşdan boşalan vəzifəyə Hüseyn Əroğlu gətirilib.
Klub faktı təsdiqləyib. Bildirilib ki, Eroğlu ilə bu gün 15.30-da müqavivləyə imza atılacaq.
Xatırladaq ki, Eroğlu bu təyinatdan bir az əvvəl Superliqa komandası olan "Gənclərbirliyi"nin baş məqşçisi postundan istefaya göndərilib.
Fərid ASLAN
MİA.AZ