Türkiyə super liqasında "Trabzonspor"un "onurğa sütunu" sayılan futbolçusu Edin Viska "RAMS Başakşehir"lə qarşılaşmada zədələnib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Edin Viska matçın 8-ci dəqiqəsində Festi Eboselenin kobud oyunu lə "sıradan çıxıb". O, oyunu tərk etməli olub.
Hakim Halil Umut Meler VAR-dan gələn xəbərdarlıqdan sonra Eboselenə əvvəl verdiyi sarı vərəqəsini ləğv edərək, onu qırmızı kartla meydandan qovub.
Qara dəniz komandasından bildirilib ki, futbolçunun durumu bu gün keçiriləck müayinələrdən sonra bəlli olacaq.
Fərid ASLAN
MİA.AZ