"Qəzza gündəliyimizin başındadır".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri prezident Ərdoğan G20 Liderlər Zirvəsində iştirak etmək üçün səfər etdiyi Cənubi Afrikadan dönərkən təyyarədə jurnalistlərin suallarına cavabda deyib.
Prezident Qəzzada baş verən son atəşkəs pozuntuları və humanitar yardım problemlərini diqqətlə izlədiklərini bildirib: "Qəzzada yaşayan qardaş və bacılarımızın yaşadığı zülm və çətinliklər gündəliyimizin başında gəlir. Qəzzada iki illik vəhşilikdən sonra səylərimizlə əldə edilən atəşkəsin qorunması və bölgənin yenidənqurma işlərinə başlanması çox vacibdir. İnanıram ki, bu istiqamətdəki səylərimiz irəlləyən günlərdə daha da effektli olacaq"
Firudin Səfərli
MİA.AZ