Gürcüstanda yol çəkilişi zamanı faciə yaşanıb.
Mia.az xarici mətbuata istinadla bildirir ki, Mtsxeta-Mtianeti bölgəsindəki Duşeti bələdiyyəsinin Tskere kəndi yaxınlığındakı dağlıq ərazidə qazıntı zamanı qəfildən torpaq sürüşməsi baş verib.
Məlumata görə, nəticədə dörd işçi həlak olub, biri yaralanıb.
Gürcüstan Avtomobil Yolları İdarəsindən bildrilib ki, dağıntılar altında qalan beş işçidən biri xilas olunub: "Xilas olunan işçi xəstəxanaya yerləşdirilib, həyatına təhlükə yoxdur. Təəssüf ki, dörd işçinin hadisə yerində ölüb. Onların cəsədi dağıntılar altından çıxaırlıb".
Məlumatda ölən işçilərin Türkmənistan və Çin vətəndaşları olduğu qeyd olunub.
Samir Musayev
MİA.AZ