Malayziyada sosial media şəbəkələrində yeni hesab açılmalarına qadağa tətbiq olunacaq.
Mia.az xarici mətbuata istinadla bildirir ki, bu barədə Malayziya Rabitə naziri Fəhmi Fadzil açıqlama verib.
O bildirib ki, gələn ildən etibarən 16 yaşdan kiçik uşaqların sosial media hesabı açması qadağan ediləcək: "Artıq bununla bağlı yeni yoxlama qaydaları hazırlanıb. Bu, uşaqların onlayn təhlükəsizliyini gücləndirmək, eyni zamanda, cəmiyyəti "yad axınlar"san qorumaq üçün mütləq lazımdır. Qadağa 2026-cı ilin yanvar ayının 1-dən etibarən tətbiq olunacaq".
Xatırladaq ki, Avstraliyada belə bir qadağa var.
Samir Musayev
MİA.AZ