"Beşiktaş"ın meneceri Sergen Yalçın "Samsunspor"la 1-1 hesablı heç-heçədən sonra hakimi "topa tutub".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, matçın ilk 15-20 dəqiqəsinin bərabər şəraitdə keçdiyini deyib.

Yalçın bildirib ki, 20-ci dəqiqədən sonra oyuna nəzarəti ələ alıblar: "Rəqibi yarım meydanda saxladıq. Qol imkanları yaratmağa çalışdıq. VAR-ın müdaxilə etdiyi bir penalti vəziyyəti var idi. VAR "penalti" deyir, amma hakim razılaşmır, bunun penalti olmadığına qərar verir və onu ləğv edir. Düşünmürəm ki, bu, Türkiyədə tez-tez baş verir. VAR vəziyyəti nəzərdən keçirir və hakimi çağırır. Maraqlıdır, deyilmi? Məhz bu hakim səhvi ilə bu oyunda xal itirdik..."

Fərid ASLAN
mia.az