Cənub-Şəriq Asiya ölkəsi Vyetnamda güclü yağış sel və daşqına səbəb olub.

Mia.az xarici mətbuata istinadla bildirir ki, yaranan fəlakət nəticəsində 90 nəfər ölüb, 12 nəfər isə itkin düşüb.

Məlumata görə, indiyə qədər 1200-fən çox ev ya tam, ya da qismən dağılıb: "Sel və daşqınlar səbəbindən bir milyondan çox ev elektriksiz qalıb. Təxminən 350 milyon dollara yaxın zərər var"

Tahir Şəlvəli
MİA.AZ