Məşhur “By Ruslan Pizza” restoranının şərikləri arasında gərginlik böyüyür.
Mia.az xəbər verir ki, bu barədə ilk olaraq restoranın adını brendləşdirən Ruslan video yayıb.
O, iddia edib ki, biznesini əlindən zorla alıblar: “Eldəniz Mustafayev, Hüseyn Orucov, Neyman Mehdizadə yüksək vəzifəli məmurların adından istifadə edib biznesimi əl qoydular”.
Maraqlı burasıdır ki, patrul.az saytının araşdırması zamanı tərəflər üz-üzə gəlib və ortaya digər maraqlı məqamlar çıxıb. Aydın olub ki, keçmiş şəriklər arasındakı qarşıdurma daha kəskin xarakter alıb və işi artıq polis araşdırır.
Keçmiş şəriklərin Patrul.az-ın əməkdaşının iştirakı ilə "debatı"na aşağıdakı videodan baxa bilərsiniz:
Samir Musayev
MİA.AZ