Rusiyadan Moskvanın xeyrinə siyasi açıqlamalar və digər "lobbi fəaliyyəti"nə görə rüşvət aldığını etiraf edən uelsli keçmiş partiya sədri və Avropa Parlamentinin üzvü  Nathan Gill həbs təhlükəsiylə üzləşib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu gün Londonda keçirilən məhkəmə prosesində növbəti dəfə təqsirini etiraf edib.

Avropa Parlamentinin keçmiş üzvü bildirib ki, Ukraynanın əleyhinə, Rusiyanın isə xeyrinə açıqlama verməsi üçün Moskvadan pul alıb: "İstintaqa verdiyim ifadəni təsdiq edirəm...".

Məlumata görə, Uelsdəki "Reform UK" partiyasının keçmiş lideri Nathan Gill haqqında həbs qərarınin həftənin əvvəlində veriləməsi gözlənilir.

Məlumat üçün qeyd edək ki, rüşvət faktının üstü açıldıqdan sonra o, partiya liderliyindən getməyə məcbur olub. 

Samir MUSAYEV
MİA.AZ