Kiberpolis qanunsuz onlayn qumar oyunlarında aktiv iştirak edən şəxslərə qarşı əməliyyatlar keçirib.
Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, kiberpolisin həyata keçirdiyi növbəti əməliyyat-texniki tədbir nəticəsində qanunsuz onlayn qumar və mərc platformalarına ölkə ərazisində mövcud olan hüquq qaydalarına zidd olaraq qoşulan istifadəçilər müəyyən ediliblər: ""Pinup", "Mostbet", "Xbet", "Chcplay", "Fastloto" və digər bu kimi qanunsuz onlayn qumar saytlarına mütəmadi daxil olan, eləcə də həmin oyunlarda iştirak edən Zahid Abdullayev, Rahib Kərimov, Ramin Hüseynov, Nihat İsrafilov, Gülməmməd Əzimov, İlqar Hüseynov, o cümlədən daha 14 nəfər müəyyən edilib.
Həmin şəxslər barəsində qanunauyğun tədbirlər görülüb".