Hindistanda özlərini Mərkəzi Bankın rəsmiləri kimi təqdim edənlər pul dolu maşını qaçırıblar.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Hindistanın Karnataka şəhərinin Benqaluru rayonunda baş verib.
Məlumata görə, özlərini Hindistan Mərkəzi Bankının (RBI) rəsmiləri kimi təqdim edilən silahlı dəstə nağd pul daşıyan maşını yolda saxlayıblar: "Onlar Mərkəzi Bankın göstərişinə əsasən, maşını saxlatdıqlarının, guya təhlükə olduğunu deyərək maşını arxaları ilə sürmələrini tələb ediblər. Təxminən 2 km sonra isə onlar maşını yenidən saxladaraq, maşındakı pulları digər maşına daşımalarınə əmr ediblər. Bundan sonra isə həmin maşınla aradan çıxıblar. Hadisədən az sonra soyulduqlarını anlayan maşının mühafizəçiləri polisi məlumatlandırıblar. Axtarış başlansa da, hələlik oğruların izinə düşə bilməyiblər"
Məlumatda deyilir ki, maşında təxminən 70 milyon rupi (800 min dollar məbləğində) pul olub.
Tahir Şəlvəli
MİA.AZ