Bərdədə 154 kq at ətinin mal əti adı ilə satmaq istəyən şəxs saxlanılıb.

Mia.az Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadla bildirir ki, AQTA-nın və Daxili İşlər Nazirliyi Bərdə RPŞ-nin əməkdaşlarınin keçirdiyi reyd zamanı Bərdə rayonunda fərdi yaşayış sahəsində istehlaka yararsız ümumi çəkisi 154 kq sümükdən ayrılmış at əti aşkarlanıb.

Yoxlama zamanı mənşəyi məlum olmayan ətin kəsilərək sümükdən ayrıldığı və 99 CJ 158 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin saxlanc yerində antisanitar şəraitdə Hüseynov Natiq Vaqif oğlu mal əti adı altında satış məqsədilə Bakı şəhərinə aparıldığı müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız at əti soyuducu anbarda saxlanca yerləşdirilib, nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təqdim olunub.