Türkiyənin istanbul şəhəridə daha bir kriminaİ dəstəyə qarşı əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, şəhərin Sultanbəyli rayonunda "kök salan" və Y.M (Ad- soyadlar açıqlanmayıb- Mia.az) adlı kriminal avtoritetin lideri olduğu cinayətkar dəstə üzvləri qandallanıb.
İstanbul Prokurorluğundan bildirilib ki, Y.M ilə yanaşı, onun "sağ əlləri" sayılan E.M. və V.Ö.-nin də aralarında olduğu 20 nəfər əməliyyatla tutulub, 4 nəfərin axtarışı isə davam edir: "Onlar haqqında çoxsaylı ittihamlar var: "silahlı cinayətkar təşkilat yaratmaq", "silahlı cinayətkar təşkilata rəhbərlik etmək", ölüm, təhdid, yaralama, "əmlaka zərər vurmaq", xərackəsmə və sair. hazırda istintaq davam edir"
Firudin Səfərli
MİA.AZ