Türkiyə super liqasındakı komandaların birləşdiyi Klublar Birliyi bəyanat yayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bəyanatda Futbol Federasiyası və prokurorluğun 1024 futbolçunun 371 hakimin mərc qumar oyunlarında aktiv iştirakı ilə bağlı cəzalandırılmasına dəstək ifadə olunub.

"İstanbul Baş Prokurorluğunun futbolumuzda qanunsuz mərc və bununla bağlı oyunların nəticələrinə təsirlə bağlı prosesi d diqqətlə izləyirik. Türk futbolu klub prezidentlərindən, məşqçilərdən hakimlərə, idmançılardan texniki heyətlərə, komandalara, media nümayəndələrindən azarkeşlərə qədər böyük bir ailəni təmsil edir. Bu böyük strukturun nüfuzu yalnız ədalətli rəqabət, dürüstlük və idman etikası ilə qoruna bilər. Buna görə də, qanunsuz mərc əməliyyatlarında iştirak məsələsi  qəbuledilməzdir. Qanunsuz mərc oyunları təkcə Türkiyə futboluna deyil, həm də dünyanın bütün idman növlərinə zərər verən bir təhdiddir. Bu baxımdan, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan mübarizəni vacib və dəyərli hesab edirik; inanırıq ki, bu proses Türkiyə idmanına təmiz və güclü bir gələcək gətirəcək. 

Klublar Birliyi olaraq,  həyata keçirilən bu prosesə hər cür dəstək verməyə hazır olduğumuzu hörmətlə bildiririk."

Fərid ASLAN

MİA.AZ