İsrail bu gün saat 11 radələrində Qəzzanın cənubundakı bir evə zərbə endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Qəzza Mülki Müdafiə İdarəsi yayıb.
Bildirilib ki, Xan Yunisin şərqindəki Beni Suheyla ərazisində mülki bir evı havadan zərbə endirib: "Nəticədə dağılan evin altından üç cəsəd, 15 yaralı çıxarılıb. Yaralıların bəzilərinin vəziyyəti ağırdır"
Məlumatda o da deyilir ki, dünən də bir sıra bölgələr bombalanıb, nəticədə 25 fələstinli ölüb: "100-ə yaxın yaralı var"
Tahir Şəlvəli
MİA.AZ