"YouTube" platforması təxminən altı il əvvəl ləğv etdiyi funksiyanı geri qaytarır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə platforma məlumat açıqlayıb.

Məlumatda qeyd olunur ki, hazırda birbaşa mesajlaşma funksiyasını geri qaytarmaq üçün yeni bir sınaq mərhələsi keçirilir.

Məlumata görə, funksiya işə salınandan sonra istifadəçilər videolarını paylaşmaqla yanaşı, eyni tətbiqdə canlı söhbət edə biləcəklər: "Hazırda yeni mesajlaşma funksiyası iki ölkədə - İrlandiya və Polşada sınaqdan keçirilir. Müəyyən sınaq müddətindən sonra bu tətbiq dünyaya açıq elan olunacaq"

Samir MUSAYEV
MİA.AZ