Nigeriya millisinin heyətində zədələnən "Qalatasaray"ın hücumçusu Viktor Osimhen bu gün İstanbulda müayinədən keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Bildirilib ki, müayinədə onun sol bud əzələsində orta dərəcədə gərginlik və qanaxma olduğunu aydınlaşıb: "Futbolçunun müalicəsnə başlanılıb".

Məlumatda o da deyilir ki, futbolçu iki, maksimum üç həftə oyunlara çıxa bilməyəcək.

Fərid ASLAN
MİA.AZ