Bu gün Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə növbəti köç olub.

Mia.az xəbər verir ki, bu dəfə Qırmızı Bazar qəsəbəsinə 21 ailədən ibarət 89 nəfər, Sos kəndinə isə 20 ailədən ibarət 80 nəfər köçürülüb.

Məlumata görə, bununla da Qırmızı Bazara köçürülən ailələrin sayı 51-ə (199 nəfər), Sos kəndinə isə a köçürülən ailələrin sayı 40-a (169 nəfər) çatıb.