Türkiyə Milli Futbol Komandası 2026-cı il Dünya Çempionatının  E Qrupunun son oyununda İspaniya ilə səfərdə 2-2 hesablı heç-heçə etməklə, 4 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə qrupda 13 xalla ikinci yeri tutub. Bununla da yığma  Dünya Kubokuna vəsiqə qazanmaq üçün 2026-cı ilin mart ayında keçiriləcək pley-off mərhələsinə vəsiqə qazanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, DŞ-2026-ya qatılmaq üçün qardaş ölk yığması mütləq qalib gəlməlidir.

Məlumata əsasən, Türkiyə yığması pley-off mərhələsindəki ehtimal olunan rəqibləri İsveç, Rumıniya, Şimali İrlandiya və ya Şimali Makedoniyadır

Türkiyə Milli Komandası 1-ci səbətdə yer alacaq və pley-off mərhələsinin ilk oyununda 4-cü səbətdən ölkə ilə evdə qarşılaşacaq. Bu mərhələdən keçən komanda növbəti mərhələdə 2-ci və 3-cü səbətlərdəki komandalar arasında oyunların qalibi ilə oynayacaq.

Pley-off püşkatması 20 noyabrda İsveçrənin Sürix şəhərindəki FIFA-nın qərargahında keçiriləcək.

2026-cı il FIFA Dünya Kuboku Avropa Seçmə mərhələsində pley-offa vəsiqə qazanan ölkələr aşağıdakılardır:

1-ci səbət: İtaliya, Danimarka, Türkiyə, Ukrayna

2-ci səbət: Polşa, Uels, Çexiya, Slovakiya

3-cü səbət: İrlandiya Respublikası, Albaniya, Bosniya və Herseqovina, Kosovo

4-cü səbət: İsveç, Rumıniya, Şimali Makedoniya, Şimali İrlandiya

Yarımfinallar 26 martda, finallar isə 31 martda keçiriləcək. Bununla da DÇ-2026-ya vəsiqə qazanacaq son dörd Avropa komandası müəyyənləşəcək.

Fərid ASLAN
MİA.AZ