"Beşiktaş" müxtəlif bəhanələrlə məşqdən də imtina edən portuqaliyalı futbolçu Rafa Silva ilə bağlı açıqlama yayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, futbolçu ilə bağlı hər hansı bir prtoblem yoxdur, o, sadəcə, zədəlidir.

Məlumatda bildirilib ki, Rafa Silvanın belində ağrı var: "O, bu gün tibbi müayinədən keçiriləcək"

Türkiyə mətbjatı isə klubun bu açıqlamasını qeyri-səmimi sayıb.

Xəbərlərdəd deyilir ki, 32 yaşlı futbolçu komandadan israrla ayrılmaq istəyir: "Görünür, ya klub onu yola gətirib, ya da yalan məlumat yayıb"

Fərid ASLAN
MİA.AZ