Türkiyədə ordusunda FETÖ üzvlərinə qarşı növbəti əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu haqda Ankara Baş Prokurorluğu məlumat verib.

Bildirilib ki, Quru Qoşunları Komandanlığındakı FETÖ-nun gizli təşkilatı ilə bağlı istintaq çərçivəsində 22 şübhəli saxlanılıb: "Onların ifadəsi alındıqdan sonra məhkəməyə sövq ediliblər. Məhkəmə hər biri haqqında həbs qətimkan tədbiri seçib""

Firudin Səfərli
MİA.AZ