Bu gün saat 22.00 radələrində Yasamal rayonuda yeniyetmə öldürülüb.
Mia.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, 2010-cu il təvəllüdlü H. Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya çatdırlsa da, həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə. Novruzlu saxlanılıb.
Araşdırmalar davam etdirilir.