Şabran rayonunun Xəlfələr kəndi yaxınlığındakı Taxtakörpü su anbarından Ceyranbatana gedən nəhəng su kəməri sahibsiz qalıb.

Bu barədə Mia.az-a ərazidə qonaq olan şəxslərdən biri məlumat verib.

O, sayta videogörüntü də göndərib. Bildirib ki, kəmərdə ciddi su sızması var: "Biz şənbə və bazar günləri həmin ərazidən keçdik. Təəssüf ki, suyun neftdən baha olduğu bir dönəmdə zədələnən kəmərdə ciddi su axıntısı vardı. Biz bunu uzaqdan lentə aldıq. Bəlkə uzaqdan lentə alındığından real vəziyyət tam nümayiş olunmaya bilər. Xəlfələr kəndində bir neçə nəfərdən soruşduq. Dedilər bu su axıntısı xeyli müddətdir davam edir, lakin qəzalı vəziyyəti aradan qaldıran yoxdur.

Hər halda ümüd edirik ki, bu xəbərdən sonra Zaur Miakyılov və ya Su Ehtiyatları Agentliyinin digər qurumları su anbarından Ceyranbatana gedən kəmərdəki bu qəzanı operativ şəkildə aradan qaldırmaqla,  su itkisinin qarşısını alacaq".

Firudun Səfərli
MİA.AZ