Türkiyənin 27 şəhərində FETÖ-yə qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Onun sözlərinə görə, İstanbul polisinin kordinasiyası iıə İstanbul, Adana, Aksaray, Ankara, Antalya, Balıkəsir, Batman, Bolu, Çanaqqala, Qaziantep, İzmir, Kayseri, Kocaeli, Konya, Kırıkkale, Kırşehir, Manisa, Malatya, Muş, Sakarya, Sivas, Tekirdağ, Amasiya, Aydın, Bursa, Mersin və Zonquldakda keçirilən əməliyyatlarla ümumilikdə 71 şübhəli qandallanıb: "Onlarla bağlı istintaq tədbirləri davam edir".

Firudin Səfərli
MİA.AZ