Berlində yerə siqaret kötükləri atanları böyük məbləğdə cərimə gözləyir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Berlin Senat  qərar qəbul edib.

Qərara əsasən, şəhər daxilində çirklənməyə qarşı mübarizə sərtləşdirilib: "Yeni qərara əsasən, yerə siqaret kötükləri atmağa görə cərimə 250 ilə 3000 avro arasında, küçələrə zibil atanları isə 100.000 avroya qədər cərimə gözləyir".

Məlumatda deyilir ki, bu, Berlin sakinləri və qonaqları ciddi narahatlığına görə qəbul olunub: "Yerli əhali və turistlər daha təmiz şəhər istəyir. Berlində bu cərimələrdə yalnız ilk dəfə bilməyərəkdən səhv edən turistlərə güzəşt olunacaq. Lakin ikinci dəfə bu hal təkrarlanarsa, cərimələr ən yüksək həddə tətbiq olunacaq"

Samir Musayev
MİA.AZ